Peres “Bayer”in baş məşqçisini və futbolçusunu Madridə gətirmək istəyir

“Real”ın prezidenti Florentino Peresin gələn il üçün planları məlum olub.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, klub rəhbəri “Bayer”in baş məşqçisi Xabi Alonsonu və komandanın yarımmüdafiəçisi Florian Virtsi Madridə dəvət etmək istəyir.

“Kral klubu”nun hazırkı baş məşqçisi Karlo Ançelottinin müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub. “Real” italiyalı çalışdırıcının rəhbərliyi altında ötən mövsüm İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.

21 yaşlı Virtsin transfer dəyəri 130 milyon avro olaraq qiymətləndirilir. Alonsonun “Bayer”lə 2026-cı ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button