“Real”ın oyununda boş VAR otağı, ləğv olunan qol FOTO

İspaniya La Liqasının son turunda keçirilən “Valyadolid” – “Real” oyununda maraqlı hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, qonaqların 4:1 hesabı ilə qalib gəldiyi oyunda, ev sahiblərinin qolu videotəkrar sistemi vasitəsilə (VAR) ləğv olunarkən, ekranlara gələn görüntü təəccüblə qarşılanıb. Belə ki, “Valyadolid”in ləğv olunan ilk qolunda VAR otağında hakimlərin yerində olmadığı görülüb.

İspaniya mətbuatında yer alan xəbərlərdə, yanlışlıqla başqa görüntünün ekranlara verildiyi bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button