“Real”ın futbolçusu sıradan çıxıb

“Real”ın mərkəz müdafiəçisi Antonio Rüdiger qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu zədələnib. Tibbi müayinə zamanı onun sol budunda zədə aşkarlanıb. Rüdiger “Jirona”ya qarşı bugünkü görüşü də buraxacaq. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə əlaqədar hələlik məlumat verilməyib.

Rüdiger bu mövsüm 30 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button