“Heç vaxt bu səviyyəyə çatmağı planlaşdırmamışam” – Beyl

“Real”ın futbolçusu Qaret Beyl açıqlama verib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan uelsli futbolçu, hədəflərindən söz açıb:

“İstəyim yalnız peşəkar futbolçu olmaq idi. Heç vaxt bu səviyyəyə çatmağı planlaşdırmamışam. Məqsədim yaşadığım şəhərin komandası olan “Sauthempton”da oynamaq və əsas komandaya düşmək idi. Ancaq görünən o idi ki, həfədə çatdıqdan sonra yeni sərhədlər müəyyən edirdim.

Hər zaman qarşıma kiçik hədəflər qoyurdum. Lakin zaman keçdikcə onlar da artır. Qarşınıza qoyduğunuz hədəfə çatdıqdan sonra daha bir hədəf qoymalısız. Mənim motivasiyam bu idi”.

“Sauthempton”un yetirməsi olan Beyl, 2007-ci ildə “Tottenhem”ə keçib. 30 yaşlı futbolçu 2013-cü ildən “Real”da çıxış edir.