“Futbolu sevən hər kəs Mbappeyə heyrandır” – Kazemiro

“Real”ın futbolçusu Kazemiro adı klubla hallanan Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan braziliyalı yarımmüdafiəçi, PSJ-də çıxış edən hücumçunun “Real”a mümkün keçidi haqda bunları söyləyib:

“Mbappe bizim komandada olan bir futbolçu deyil, amma möhtəşəm oyunçudur. Dünyadakı ən yaxşı üç futbolçudan biridir və istənilən komandaya uyğunlaşa bilər. Mbappe və Vinisius Junior hazırda çox formadadırlar və birlikdə daha gözəl şeylər bacararlar. Futbolu sevən hər kəs Mbappeyə heyrandır. Həqiqətən, o, çox möhtəşəmdir. Amma bizim deyil, başqa komandanın oyunçusudur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button