Benzema: “Yeni mövsümdə “Real”da olacam”

“Real”ın futbolçusu Kərim Benzema yeni mövsümdə də “kral klubu”nda olacaq.

Komanda.az “beİN Sports”a istinadən xəbər verir ki, bu barədə fransalı hücumçu özü açıqlama verib:

“Hər mövsüm daha yaxşı olmağa çalışıram. Hər zaman xəyal etdiyim futbolu burda oynayıram. Meydanda olmaq və komanda üçün əlindən gələni etmək vacibdir. Mən futbolu çox sevirəm. “Real” mənim həyatımın klubudur. Yeni mövsümdə “Real”da olacam”.

2009-cu ildən “Real”da çıxış edən Benzemanın klubla müqaviləsi gələn ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button