Futbolçularından “Real”a jest

“Real”ın futbolçuları mövsümün sonunda Çempionlar Liqasını və ya İspaniya La Liqasını qazanarlarsa, klub rəhbərliyi tərəfindən əvvəlcədən təyin olunmuş bonusları tələb etməyəcəklər.

Komanda.az xəbər verir ki, “kral klubu”nun futbolçuları bu mükafatlardan imtina edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Futbolçular bu jestlə koronavirus pandemiyasına görə maliyyə problemləri yaşayan kluba 30 milyon avroluq dəstək vermiş olacaqlar.

“Real” İspaniya La Liqasında 2-ci sıradadır. Zinəddin Zidanın rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasında yarımfinala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button