“Həyəcan var, lakin əsas olan qələbə qazanmaqdır” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 30-cu turu çərçivəsində “Barselona”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan fransalı mütəxəssis, meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib:

“Eybar” və “Kadis”lə matçda olduğu kimi, bu oyunda da üç xal üçün meydana çıxacağıq. Həyəcan var, lakin əsas olan qələbə qazanmaqdır. La Liqanı qazana bilməsək, nə olacağını düşünmürəm. Bütün diqqətim qarşıdakı oyunlara yaxşı hazırlaşmaqdadır. Meydanda bütün gücümüzü ortaya qoyacağıq. Komandada yaxşı atmosfer var və yaxşı oyun sərgiləmək istəyirik”.

Bu gün keçiriləcək “Real” – “Barselona” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button