“Kurtua kimi qapıçımız olduğu üçün şanslıyıq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 7-ci turunda “Vilyarreal”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis, 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Təzyiq göstərməyə çalışdıq, amma alınmadı. Rəqib topla çox yaxşı rəftar edirdi və oyunu bizim üçün çətinləşdirdilər. Açığı, yaxşı oynaya bilmədik. Tibo Kurtua kimi qapıçımız olduğu üçün şanslıyıq. Çox yaxşı oynadı və bir neçə epizodda bizi qoldan xilas etdi.

Heç-heçəyə əsəbiləşmirəm. Növbəti oyunumuz səfərdədir. Luka Modriç və Kazemironun yorulduğunu düşünmürəm. Amma onlar da Eduardo Kamavinqa kimi çox çalışdılar. Onların oyunundan razıyam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button