“Çelsi” bizdən daha yaxşı idi” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinal mərhələsində İngiltərə “Çelsi”sinə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis, 0:2 hesabıyla uduzduqları matçı belə şərh edib:

“Qələbə qazanmaq istəyirdik, alınmadı. “Çelsi” finala çıxmağa layiq idi. Futbolçularımla qürur duyuram, yarımfinala qədər gəlməyi bacardılar. Nəticədə, finalın bir addımlığında dayandıq.

Çempionlar Liqasında əlimizdən gələn hər şeyi etdik, lakin olmadı. “Çelsi” bizdən daha yaxşı idi. Onları təbrik etməliyik”.

“Çelsi” iki oyunun nəticəsinə görə “Real”ı mübarizədən kənarlaşdırıb (2:0, ilk oyun 1:1). London klubu həlledici görüşdə “Mançester Siti” ilə qarşılaşacaq.