Zidandan 1:0-a şərh: “Çətin qələbə oldu”

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Atalanta”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, 1:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Rəqib fiziki olaraq çox güclü idi və yaxşı müdafiə olunurdu. Yaxşı nəticə əldə etdik, bu, bizim üçün çox önəmli idi. Səfərdə qol vuraraq, üstünlük yaratdıq.

Bizim üçün çətin qələbə oldu. 10 futbolçuya qarşı 11 nəfərlə yaxşı oynamadıq, lakin qələbə qazandıq. Mükəmməl olmasaq da, lazım olan səfər qolunu vurduq. İndi doğma meydanımızda rəqibi məğlub edib, növbəti mərhələyə yüksəlməliyik”.

Komandalar arasında İspaniyada keçiriləcək cavab oyunu martın 16-də olacaq.