“Real” Parisdəki mərasimi boykot etdi

“Real” bu gün “The Best” mükafatının təqdim olunacağı Fransanın paytaxtı Paris şəhərinə nümayəndə heyəti göndərməyib.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, buna səbəb “kral klubu”nun hücumçusu Vinisius Juniorun ilin komandasına namizədlər arasında yer almamasıdır.

La Liqa təmsilçisi mövcud vəziyyətdən narazı qalıb. Hətta “ilin ən yaxşı oyunçusu” adına namizəd Kərim Benzema, “ilin ən yaxşı məşqçisi” adına namizəd Karlo Ançelotti, “ilin ən yaxşı qapıçısı” adına namizəd Tibo Kurtua da Parisə getməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button