“Real”dan çətin qələbə

İspaniya La Liqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Rayo Valyekano” – “Selta” matçında qapılara qol vurulmayıb. “Valensiya” doğma meydanda “Betis”i üç cavabsız qolla məğlub edib. “Real” isə “Kadis” üzərində qələbəyə sevinib.

14 turdan sonra 37 xala malik “Barselona” vahid liderdir. “Real” 35 xalla ikinci, “Real Sosyedad” 26 xalla üçüncüdür. “Atletik”, “Atletiko” və “Betis”in isə 24 xalı var.

İspaniya La Liqası
14-cü tur

8 noyabr

Elçe – Jirona 1:2
Qol
: Lirola, 16 – Martin, 39. Kastelyanos, 66.

Atletik – Valyadolid 3:0
Qol
: Quruseta, 18; 51. Vivian, 78.

Osasuna – Barselona 1:2
Qol
: D.Qarsiya, 6 – Pedri, 48. Rafinya, 85.

9 noyabr

Almeriya – Xetafe 1:0
Qol
: Baptistao, 26.

Sevilya – Real Sosyedad 1:2
Qol
: Mir, 44 – Sörlot, 20. B.Mendes, 36.

Espanyol – Vilyarreal 0:1
Qol
: Lekomte, 64-öz qapısına.

Malyorka – Atletiko 1:0
Qol
: Muriqi, 16.

10 noyabr

Rayo Valyekano – Selta 0:0

Valensiya – Betis 3:0
Qol: A.Almeyda, 63. Gilyamon, 81-pen. Kluyvert, 90+3.

Real – Kadis 2:1
Qol
: Militao, 40. Kroos, 70 – L.Peres, 82.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button