“Real”dan 1,6 milyard avroluq müqavilə

İspaniyanın “Real” klubu “Adidas” şirkəti ilə yeni müqavilə bağlayır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” cari mövsümün sonunda şirkətlə 12 il müddətinə yeni müqavilə imzalayacaq. Bu müddət ərzində “Real” 1,6 milyard avro qazanacaq.

Bundan başqa, Madrid təmsilçisi klubun simvolları olan məhsulların satışından da 20 faizlik gəlir əldə edəcək. Eyni zamanda, “Adidas” “Real”ın ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda mağaza açacaq. Bu, dünyanın ən böyük idman mağazası olacaq.

Bir müddət əvvəl yeni müqavilənin 10 il müddətinə imzalanacağı və “Real”ın ildə 120 milyon avro qazanacağı deyilirdi.

“Real” və alman markasının hazırkı müqaviləsi 2020-ci ilədək nəzərdə tutulur.