Qayıdır!

“Real”da uzun müddətdir ki, yaşıl meydanlardan uzaq qalan Eden Hazardın qayıdacağı vaxt məlum olub.

Komanda.az xəbər verir ki, belçikalı futbolçu La Liqanın 24-cü turunun “Selta” ilə matçında iştirak edə bilər. Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, Hazardın sağaldığı və baş məşqçi Zinəddin Zidanın şans verəcəyi təqdirdə, “Selta” ilə oyunda forma geyinəcəyi bildirilir.

Hazard ötən ilin noyabrında, Çempionlar Liqasının qrup mərhələsinin PSJ ilə matçında zədələnmişdi.

“Selta” – “Real” matçı fevralın 16-da keçiriləcək.