“Real”da Hazard şoku

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PSJ ilə 2:2 hesablı bərabərliyə razılaşan “Real” ciddi itki ilə üzləşib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun hücumçusu Eden Hazard zədələnərək, meydanı vaxtından əvvəl tərk edib. Onun topuğundan zədələndiyi və 2017-ci ildə aldığı zədəni yenilədiyi bildirilir.

“Real”ın baş məşqçisi Zinəddin Zidan oyundan sonra belçikalı futbolçunun topuğunun çıxdığını bildirib. Onun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.

Hazard yay transfer pəncərəsi dövründə “Çelsi”dən “Real”a transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button