“Real”a Mbappe yox, “9 nömrə” lazımdır” – Keçmiş futbolçu

“Real”ın keçmiş futbolçusu İvan Samorano fransalı hücumçu Kilian Mbappenin Madrid klubunda oynaması fikrinə şübhə ilə yanaşır.

Komanda.az “ITASportPress” agentliyinə istinadən xəbər verir ki, Samorano “Real”a mərkəz hücumçusu lazım olduğunu bildirib:

“Məncə, “Real”a “9 nömrə” lazımdır. Mbappe Erlinq Haland deyil, Lautaro Martines deyil, Harri Keyn deyil, Robert Levandovski deyil. “Real”a Mbappe yox, “9 nömrə” lazımdır”.

24 yaşlı Mbappe Fransa çempionatının cari mövsümündə PSJ-nin heyətində 10 oyun keçirib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun parislilərlə müqaviləsi gələn ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button