“Real” onun transferindən imtina edib

İspaniyanın “Real” klubu PSJ-nin hücumçusu Kilian Mbappenin transferindən imtina edib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “kral klubu” maddi çətinlik səbəbiylə bu addımı atıb. Klub, futbolçunun transferinin maddi tərəflərini qarşılaya bilməyəcəyi üçün bu keçiddən imtina edib.

Fransalı futbolçu bir müddətdir “Real”ın əsas hədəfidir. Madrid klubu növbəti yay transfer pəncərəsi dövründə Mbappeni heyətinə qatmağı planlaşdırırdı.

Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatır.