“Real” Mbappeni transfer edə bilməsə…

“Real” bu yay PSJ-nin hücumçusu Kilian Mbappenin keçidini həll edə bilməsə, “Bayern”dən yarımmüdafiəçi Camal Musialanı transfer etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.

Daha əvvəl mətbuatda 20 yaşlı hücumameyilli yarımmüdafiəçinin Münhen klubu ilə müqaviləni yeniləməyə tələsmədiyi barədə məlumat yayılmışdı. Avropanın bir sıra klubları Musialanın transferində maraqlıdır.

Onunla “Real”dan başqa, “Mançester Siti” və “Liverpul” da maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button