Xarici KİV: “Real” Mbappe ilə razılığa gəlib

“Real” və PSJ-nin hücumçusu Kilian Mbappenin nümayəndələri arasında aparılan danışıqlar prinsipial razılığa gətirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər şeyi yekunlaşdırmadan əvvəl Mbappe PSJ-nin arqumentlərini eşitmək istəyir. Madrid klubu fransalı futbolçuya yarımmüdafiəçi Luka Modriçə məxsus 10 nömrəli formanı təklif edib.

Mbappe Paris klubundan ayrılacağı təqdirdə, PSJ-nin “Bayern”in vingeri Leroy Saneni transfer edə biləcəyi daha əvvəl bildirilib.

25 yaşlı forvard 2017-ci ildən PSJ-də çıxış edir. Futbolçunun hazırkı müqaviləsi 2024-cü ilin iyun ayına qədər nəzərdə tutulub. Mbappe bu mövsüm bütün turnirlərdə 26 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button