“Real” Marseloya qiymət qoydu

“Real” komandadan ayrılacağı iddia edilən Marselonun transfer dəyərini müəyyənləşdirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi 30 yaşlı müdafiəçini 50 milyon avro qarşılığında satmağa hazırdır.

İtaliya mətbuatı Marselonun yay transfer pəncərəsi dövründə “Yuventus”a keçəcəyini iddia edir.

“Real”la 2022-ci ilə qədər müqaviləsi olan braziliyalı futbolçu, bu mövsüm La Liqada 13 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button