“Real”da növbəti itki – 1 ay olmayacaq

“Real” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Marselo sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Marselonun bərpa müddəti açıqlanmasa da, İspaniya mətbuatının xəbərinə görə, braziliyalı müdafiəçi ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

“Real”ın heyətində müdafiənin sol cinahında çıxış edən Marselo ilə yanaşı, Ferlan Mendi və Naço da zədədən əziyyət çəkir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button