“Real”da ciddi itki

“Real” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Toni Kroos sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmayıb.

La Liqada yeni mövsümə avqustun 14-də start veriləcək. “Real” ilk turda səfərdə “Alaves”lə qarşılaşacaq.