“Real” karantin qaydalarını pozan futbolçuyla bağlı qərar verdi

İspaniyanın “Real” klubu hücumçusu Luka Yoviçlə bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” cari mövsümün sonunda serbiyalı fuybolçu ilə yollarını ayıracaq. Yoviçin komandadakı çıxışından razı olmayan klub rəhbərliyi, onun davranışından da narazıdır. Yoviç koronavirus pandemiyası səbəbiylə karantində olmasına baxmayaraq, təcrid qaydalarını pozub. Onun sevgilisi Andyela Manitaseviçin doğum gününə qatılmaq üçün Belqrada getməsi klub rəhbərliyinin qərarını qətiləşdirib.

22 yaşlı futbolçu keçən ilin yayından “Real”ın şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button