
“Real” həmişə geri qayıdır”
Hazırda azad agent olan Serxio Ramos “Real”ın UEFA Çempionlar Liqasındakı uğursuz çıxışına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi Madrid klubunun mübarizədən kənarda qalması haqda bunu deyib:
“Real” həmişə geri qayıdır”.
“Real” turnirin 1/4 final mərhələsi çərçivəsində “Bayern”ə 3:4 (ümumi – 4:6) hesabıyla uduzub. Komanda matçın son dəqiqələrində iki qol buraxıb.
Ramos yanvar ayından bəri klubsuzdur. O, 2005–2021-ci illərdə “Real”da çıxış edib və bu müddətdə komanda ilə 4 dəfə Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



