“Real”da görüş – kapitan məvacibinin azaldılmasına razıdır

“Real” futbolçusu Serxio Ramosla müqaviləni yeniləmək niyyətindədir.

Komanda.az xəbər verir ki, tərəflər tezliklə görüşərək, yeni sözləşmə məsələsini müzakirə edəcəklər. Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, Ramosun yeni müqavilə imzalamaq üçün məvacibinin də azaldılmasına razı olduğu bildirilir.

2005-ci ildən “Real”da forma geyinən Ramosun “kral klubu” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button