“Real” fantastik klubdur, amma…” – Sterlinq

Son vaxtlar adı “Real”la yanaşı hallanan “Mançester Siti”nin futbolçusu Rahim Sterlinq açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in 2 illik avrokuboklardan uzaqlaşdırılmasından sonra “Real”a keçəcəyi deyilən 25 yaşlı hücumçu, bunları deyib:

“Əsas məsələlərdən biri budur ki, hazırda “Mançester Siti”dəyəm və burda xoşbəxtəm. “Real” fantastik klubdur, amma “Mançester Siti” ilə müqaviləm var və buna hörmət etməyim lazımdır.

Heç kim gələcəkdə nə baş verəcəyini bilmir. Mən futbolçuyam və hər zaman dəyişikliklərə hazıram. Amma hazırda əsas fikrim “Mançester Siti”dədir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button