Diomande “Real”a keçməyə razılıq verib

“Leyptsiq”in yarımmüdafiəçisi Yan Diomande karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı oyunçu “Real”a keçidə açıqdır. Tərəflər arasında şəxsi müqavilənin şərtləri ilə bağlı aparılan danışıqlar müsbət nəticələnib.

Madrid klubu yaxın vaxtlarda Fil Dişi Sahilindən olan futbolçu üçün yeni transfer təklifi təqdim edəcək. Daha əvvəl “Leyptsiq” “Real”ın 100 milyon avroluq təklifini geri çevirmişdi.

Diomande ötən mövsüm Almaniya Bundesliqasında 33 oyuna çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button