
“Real” müdafiəçi axtarır
“Real” rəhbərliyi komandanın müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Buna səbəb Antonio Rüdigerin və avstriyalı futbolçu David Alabanın klubdan ayrılma ehtimalıdır. Ancaq “kral klubu”nun transfer strategiyası gözlənildiyi qədər aqressiv olmayacaq.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, madridlilər “Liverpul”un futbolçusu İbrahima Konate və “Bayern”də çıxış edən Dayot Upamekanonu transfer etmək niyyətində deyil.
Bundan əlavə, “Real”ın İngiltərə millisinin və “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi uğrunda ciddi mübarizəyə qoşulması da çətin görünür. Bildirilir ki, futbolçu ilə “Liverpul” artıq ilkin razılığa gəlib.
“Real” cari mövsümdə İspaniya çempionatında 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 4 xal geri qalır.
Bizi Facebook-da izləyin



