Gələcəyi “Qalatasaray”dan asılı olan Zidan

“Real” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qalatasaray”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi sözügedən səfər oyununda məğlub olarsa, baş məşqçi Zinəddin Zidan vəzifəsindən uzaqlaşdırılacaq. Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

İspaniya La Liqasında 2-ci sırada olan “Real”, Çempionlar Liqasının A qrupunda sonuncudur. “Kral klubu” qrup mərhələsinin oyunları çərçivəsində PSJ-yə 0:3 hesabıyla uduzub, “Brügge” ilə isə qollu bərabərə qalıb – 2:2.

Zidan baş məşqçi postundan göndəriləcəyi halda, bu vəzifə üçün əsas namizədlər portuqaliyalı Joze Mourinyo və italiyalı Massimiliano Alleqridir.

Bu gün keçiriləcək “Qalatasaray” – “Real” oyunu saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button