Ramosdan Pikeyə: “Həyatdan həzz al!”

İspaniya millisinin müdafiəçisi Serxio Ramos keçmiş komanda yoldaşı Jerar Pikenin karyerasını bitirməsi ilə bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, PSJ-də forma geyinən Ramos “tvitter” hesabında bunları yazıb:

“Sənin etdiklərini silə bilməzlər, ulduz! Həyatdan həzz al!”

Uzun illər “Barselona”da oynayan Pike noyabrın 3-də karyerasını bitirdiyini elan edib.

35 yaşlı müdafiəçi İspaniya millisi ilə 2010-cu il dünya çempionatı və 2012-ci il Avropa çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button