“Real”da oynamaq fürsətini geri çevirməyin!” – Serxio Ramos

İspaniyalı müdafiəçi Serxio Ramos “Tottenhem”in forvardı Harri Keynə “Real”a keçməyi tövsiyə edib.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, “Keynə karyerasında nə tövsiyə edərdin” sualını belə cavablandırıb:

“Təkcə Keynə yox, istənilən futbolçuya bir tövsiyə edə bilərəm: “Real”da oynamaq fürsətini geri çevirməyin! “Real” qalib gəlməyi bacaran xüsusi klubdur”.

Keyn 2022/23 mövsümündə Premyer Liqa klubunun heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button