
Ramos İngiltərə klubuna keçməyəcək
Meksikanın “Monterrey” klubunu tərk edəcək ispaniyalı müdafiəçi Serxio Ramosun “Mançester Yunayted”ə keçidi baş tutmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
“Qırmızı şeytanlar”ın rəhbərliyi 39 yaşlı futbolçunun transferində maraqlı deyil.
Avropada “Real”, “Sevilya” və PSJ-dəki çıxışı ilə tanınan Ramosun “Monterrey”lə müqaviləsinin müddəti cari ayın sonunda başa çatacaq və o, azad agent statusu alacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



