Ramos Avropaya qayıdır

“Monterrey”in (Meksika) mərkəz müdafiəçisi Serxio Ramos Avropaya qayıtmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu ilin sonunda başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib və Avropaya qayıtmaq istəyir. O, İtaliyada şansını sınamağa hazırdır. “Yuventus” da daxil olmaqla İtaliyanın bir neçə klubu bu yaxınlarda müdafiəçiyə müraciət edib.

Ramos daha əvvəl “Sevilya”, PSJ və “Real”da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button