
Rafinya ilə bağlı qeyri-müəyyənlik var
“Barselona”nın futbolçusu Rafinya Dias hələ də son zədəsindən tam bərpa olunmayıb.
Braziliyalı vinger İspaniya kubokunda “Albasete”yə qarşı keçirilən son matçı buraxıb. O, La Liqada “Elçe” ilə keçirilən əvvəlki oyunda isə əzələ diskomfortu səbəbindən fasilədə əvəzlənib.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Rafinya dünən “Barselona”nın məşqində iştirak etməyib. Bu səbəbdən, 29 yaşlı futbolçunun qarşıdakı “Malyorka” ilə oyunda meydana çıxması sual altındadır.
Rafinya cari mövsümdə 22 oyunda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun komandası sabah La Liqanın 23-cü turu çərçivəsində “Malyorka”nı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



