Rafinya zədəsini sağaltmaq üçün İspaniyaya qayıdıb

Braziliya millisinin heyətində zədələnən Rafinya “Barselona”nın düşərgəsinə qayıdaraq müalicəsini davam etdirir.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Braziliyalı hücumçu milli komandada aldığı zədədən sonra klubuna dönərək, bərpa prosesini İspaniyada davam etdirmək qərarına gəlib. Onun əsas hədəfi mayın 10-da “Real”la keçiriləcək “el klasiko”ya qədər tam hazır olmaqdır.

29 yaşlı futbolçu cari mövsümdə 31 oyunda iştirak edib, 19 qol vurub və 8 məhsuldar ötürmə verib.

“Barselona” növbəti matçını aprelin 8-də, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atletiko”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button