De La Fuente: “Hazırıq”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın 1/4 finalında Belçika yığmasına qarşı keçiriləcək oyun öncəsi açıqlama verib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Fransa – Mərakeş görüşünü (2:0) izlədiyini və fransızların qələbəyə layiq olduğunu bildirib:

“Bəli, oyunu izləməyə vaxtımız oldu. Düşünürəm ki, Fransa Mərakeşdən daha güclü idi. Bizə gəlincə, özümüzü yaxşı hiss edirik. Komandamız oyundan-oyuna inkişaf edir. Bizi çox çətin qarşılaşma gözləyir və buna hazırıq”.

İspaniya millisi Belçika yığmasını mübarizədən kənarlaşdıracağı təqdirdə, dünya çempionatının yarımfinalında Fransa ilə qarşılaşacaq.

İspaniya – Belçika oyunu bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button