
“Fransa millisi rəqibin oyun üslubuna uyğunlaşmağı bacarır” – Sabiq futbolçu
Fransa millisinin sabiq müdafiəçisi Biksant Lizarazyu komandanın Mərakeş üzərində qələbəsini dəyərləndirib.
Fransalılar dünya çempionatının 1/4 finalında Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub ediblər. Qolları Kilian Mbappe və Osman Dembele vurub.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, sabiq futbolçu komandanın çıxışı barədə bunları deyib:
“Bu, çoxyönlü komandadır. Fransa millisi rəqibin oyun üslubuna uyğunlaşmağı bacarır. Bu matçda ciddi problem yaşamadılar. Penaltinin qaçırılması da komandaya təsir etmədi. İlk qoldan sonra daha inamlı oynadılar və qələbəni qorudular”.
Fransa millisi bu qələbə sayəsində DÇ-2026-da yarımfinala yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



