
Mourinyo fransalı futbolçunun satılmasına etiraz etmir
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətində “Liverpul” və “Mançester Siti” maraqlıdır.
“Real”ın yeni baş məşqçisi Joze Mourinyo Kamavinqanın komandadan ayrılmasına etiraz etmir. Bildirilir ki, yarımmüdafiəçi portuqaliyalı mütəxəssisin yeni layihəsində əsas fiqurlardan biri hesab olunmur. Bununla belə, futbolçunun özü Premyer Liqa klublarının marağına baxmayaraq, Madrid təmsilçisini tərk etmək niyyətində deyil.
23 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



