DÇ-2026: İngiltərə millisində ciddi itki

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays virus infeksiyasına yoluxduğu üçün komandadan təcrid edilib.

“Arsenal”ın futbolçusu iyulun 12-də Norveç millisinə qarşı keçiriləcək DÇ-2026-nın 1/4 final matçı ərəfəsində son iki məşqi buraxıb.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

İngiltərə millisinin düşərgəsində virusun yayılmasının qarşısı alınıb və vəziyyət nəzarət altındadır.

Bununla yanaşı, Raysın budun arxa əzələsi və bel nahiyəsində də problemlərinin olduğu bildirilir. Bu səbəbdən, onun Norveç millisinə qarşı vacib matçda iştirak edib-etməyəcəyi hələ dəqiqləşməyib.

Norveç – İngiltərə matçı saat 01:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button