
Rafinya sarsılıb
“Barselona”nın vingeri Rafinya ciddi emosional sarsıntı yaşayıb.
Komanda.az RAC1-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Braziliya millisinin heyətində keçirdiyi oyunda aldığı zədəyə görə çox məyus olub. O, milli komandanın Fransa yığması ilə keçirdiyi yoxlama matçında (1:2) zədələnib və fasilədə məcburi əvəzlənib.
“Barselona” rəhbərliyi Rafinyaya növbəti həftəyə qədər Braziliyada qalmağa icazə verib. Buna baxmayaraq, o, klubun müəyyən etdiyi bərpa proqramına uyğun şəkildə məşqlərini davam etdirir.
Ötən həftə braziliyalı oyunçunun təxminən beş həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı. Onun mayın 10-da “Real”la keçiriləcək “el-klasiko”ya qədər sıraya dönəcəyi gözlənilir.
Rafinyanın “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. Onun komandası növbəti matçını aprelin 4-də, La Liqa çərçivəsində “Atletiko”ya qarşı keçirəcək.
Bizi Facebook-da izləyin



