Rafinya “Real”la matça hazırdır

“Barselona”nın vingeri Rafinya zədəsini sağaldaraq yenidən meydana çıxmağa hazırdır.

29 yaşlı futbolçu bud nahiyəsindən aldığı zədəni tam bərpa edib. O, mart ayından sonra ilk dəfə “Osasuna” ilə son oyunda (2:1) heyətə daxil edilsə də, ehtiyatda qalıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, gözlənilməz hal baş verməzsə, braziliyalı futbolçu qarşıdakı “el klasiko”da meydana çıxacaq.

“Real”la qarşılaşma mayın 10-da keçiriləcək. Hans-Diter Flikin rəhbərlik etdiyi komanda bu oyunda məğlub olmayacağı halda, La Liqada çempionluğu vaxtından əvvəl təmin edəcək.

Rafinya cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 31 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button