Azərbaycan güləşçilərindən AÇ-də daha 2 medal

Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında daha 2 medal qazanıblar.

Komanda.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi millimizin 2 üzvü fəxri kürsüyə qalxıb.

Ayxan Cavadov (60 kq) rumıniyalı Draqos Draqaya (6:1), Elmin Əliyev (82 kq) isə macarıstanlı Sabolç Sinaya (8:0) qalib gələrək bürünc medal əldə ediblər.

Roman Kərimov (67 kq) təsəlliverici görüşlərdə litvalı Eymantas Andriuska (9:0) və moldovalı Maksim Damaşinə (10:0) heç bir şans tanımayıb. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Amir Sovmizə 2:6 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Emin Cavadlı (55 kq) qızıl, Cavidan Nehmətovla (77 kq) Orxan Hacıyev (87 kq) isə gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button