
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bilindi
“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsindəki rəqibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq.
Komandanın yer aldığı V qrupun oyunları Polşada keçiriləcək.
“Qırmızı-ağlar” “Pyast” (Polşa), eləcə də ilkin mərhələnin C (“Buba Mara”/Bosniya və Herseqovina, GİU/Gürcüstan, “Utleyra İdrettslaq”/Norveç), LYNX/Cəbəllütarıq və E (“Veilimdorf”/Almaniya, “Tallin”/Estoniya, “Unisport”/Ermənistan, “Reykyavik”/İslandiya) qruplarının qalibləri ilə üz-üzə gələcək.
Əsas mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək keçiriləcək. Yalnız qrup qalibi olan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.
Məlumat üçün qeyd edək ki, ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 komanda yarışda iştirak edəcək. Onlardan 32-si ilkin mərhələdə mübarizə aparacaq və 8 komanda əsas mərhələyə vəsiqə əldə edəcək. Digər 24 klub isə əsas mərhələdən mövsümə start verəcək.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz. Buna görə də “Unisport” E qrupunun qalibi olarsa, 5-ci qrupa F qrupunun qalibi yüksələcək.
Bizi Facebook-da izləyin


