
Arbeloa “Real”ın 3 futbolçusunu istəyir
“Fulhem”in yeni baş məşqçisi Alvaro Arbeloa heyəti “Real”ın futbolçuları ilə gücləndirmək istəyir.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis rəhbərlikdən “Real”dan Franko Mastantuono, Fran Qarsiya və Qonsalo Qarsiyanın transferini istəyib. Onun, xüsusilə, argentinalı cinah oyunçusu Mastantuononu icarə əsasında komandaya qatmaq niyyətində olduğu bildirilir.
“Fulhem” 2025/26 mövsümündə İngiltərə Premyer Liqasını 52 xalla 11-ci pillədə başa vurub və avrokuboklara vəsiqəni cəmi 1 xal fərqi ilə əldən verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



