
Avropa Liqası: “Qarabağ” bu gün İslandiya klubu ilə qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu “köhlən atlar” Bakıda İslandiyanın “Vestri” komandasını qəbul edəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçın baş hakimi moldovalı FİFA referisi Roman Jitari olacaq.
Tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



