Vlahoviç “Barselona”dan təklif gözləyir

“Yuventus”un sabiq hücumçusu Duşan Vlahoviç karyerasını “Barselona”da davam etdirmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

26 yaşlı futbolçu “Barselona”dan təklif almaq ümidi ilə digər klublarla apardığı danışıqlara müvəqqəti fasilə verib. Vlahoviçin hazırda “Beşiktaş”dan təklifi olsa da, onun əsas seçimi Kataloniya təmsilçisidir.

Xəbərdə bildirilir ki, hücumçu İngiltərə Premyer Liqasından gələcək təklifləri də nəzərdən keçirməyə hazırdır. O, hətta transferin baş tutması üçün maaşında endirimə getməyə də razıdır.

Serbiyalı forvard 2022–2026-cı illərdə “Yuventus”un formasını geyinib. O, bu müddətdə bütün turnirlər daxil olmaqla 168 oyunda iştirak edib, 68 qol vurub və 16 məhsuldar ötürmə verib.

Vlahoviç 2025/26 mövsümünün sonunda Turin təmsilçisindən ayrılıb və hazırda azad agent statusundadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button