“Barselona”da Rafinya ilə xüsusi proqramla çalışılacaq

“Barselona” hücumçusu Rafinyanın yenidən yüksək səviyyəyə qayıtmasına kömək etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Braziliyalı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməkdən imtina edərsə, Kataloniya təmsilçisi onun tez-tez yaşadığı zədə problemlərini aradan qaldırmağa yönəlmiş xüsusi proqram üzərində çalışacaq.

“Barselona” rəhbərliyi futbolçunun 2024/25 mövsümündə nümayiş etdirdiyi, onu “qızıl top” mükafatına əsas namizədlərdən birinə çevirən formasını bərpa etməsinə nail olmağı hədəfləyir.

29 yaşlı Rafinya ötən mövsüm bütün turnirlərdə 33 oyunda iştirak edib, 21 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button