Rafael Benitesin yeni iş yeri məlum oldu

Bir müddət əvvəl “Nyukasl”da baş məşqçi postundan ayrılan Rafael Benitesin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis Çinin “Dalyan İfan” klubuna baş məşqçi təyin olunub. Bu barədə Benites rəsmi “tvitter” hesabından məlumat yayıb. İngiltərə mətbuatına görə Benites Çin təmsilçisində illik 13,4 milyon avro məvacib alacaq.

Baş məşqçi karyerası ərzində “Real”, “Liverpul”, “İnter”, “Çelsi”, “Napoli” kimi klubları çalışdıran Benites, 2016-cı ildən “Nyukasl”da baş məşqçilik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button