Rəsmi: Bekhem ilk transferlərini gerçəkləşdirdi

2020-ci ildən ABŞ-ın MLS liqasında mübarizə aparacaq “İnter Mayami” klubu ilk transferlərini gerçəkləşdirib.

Komanda.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin prezidenti olduğu klub “Estudiantes”dən Matias Pelleqrinini və “Banfild”dən Xulian Karransanı transfer edib. Bu barədə “İnter Mayami”nin rəsmi “tvitter” səhifəsi məlumat yayıb.

“İnter Mayami” 2020-ci ildən MLS-də mübarizə aparacağı üçün hər iki futbolçu əvvəlki klublarına 1 illik icarəyə verilib.

“İnter Mayami” Pelleqrini üçün 8,1 milyon, Karransa üçün isə 5,4 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button